Hadisə 19-01-2026, 05:21

Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ baş verib




Yeni Zelandiyada zəlzələ olub.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələ Yeni Zelandiyanın cənub-qərb sahillərində qeydə alınıb. Yeraltı təkanlar 5,2 bal gücündə olub.

Xidmətin məlumatına görə, fəlakətin episentri Yeni Zelandiyanın Stüart adasından təxminən 160 km cənub-qərbdə qeydə alınıb. Onun ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Anar

Xəbər lenti