İran hökuməti ölkədə bir neçə gün davam edən etirazların yatırılması nəticəsində ölənlərin sayını rəsmi olaraq açıqlayıb.
Planetinfo.az Euronews-a istinadən bildirir ki, telekanal məlumatın yayılması zamanı İranın rəsmi qurumlarına istinadən edib.
Euronews İranın Daxili İşlər Nazirliyi, eləcə də Şəhid Ailələri və Müharibə Qurbanları Fonduna istinadən bildirib ki, etirazlar zamanı ümumilikdə 3117 nəfər həlak olub. Onlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələrinin üzvləri olub.
Bu rəqəmlər son on ildə İranda baş verən ən böyük etiraz dalğasının nəticələrini əks etdirir.
Anar