Yer kürəsində zəif maqnit fırtınası qeydə alınıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (IAG) bildirilib.
IAG-ın məlumatına görə, Yer kürəsinin maqnit sahəsinin pozulması gücü beş səviyyəli şkala üzrə G1 səviyyəsinə çatıb. Burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir. Fırtına Moskva vaxtı ilə saat 12:00 ilə 3:00 arasında baş verib.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş Yer Fizikası İnstitutunun (ISTP SB RAS) mütəxəssisləri yaxın gələcəkdə yeni alovlanmalar və maqnit fırtınaları barədə xəbərdarlıq ediblər.
Anar