Hadisə 18-02-2026, 04:40

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlandı


Xocalıda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb.

Planetinfo.az
xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb:

“18 fevral saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

Xəbər lenti