Hadisə 15-04-2026, 13:19

Bakıda 2 yaşlı körpə VƏFAT ETDİ


Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

Planetinfo.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Xəbər lenti