Hadisə 16-04-2026, 11:00

Avtomobil piyadanı vurub öldürdü


Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti