Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.
DİN-in regional bürosundan Planetinfo.az-a bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov tutulublar.
Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.