İdman Bugün, 11:19

Alvares ​“Barselona” iddialarına münasibət bildirdi



“Atletiko Madrid”in futbolçusu Xulian Alvares transfer xəbərləri ilə bağlı açıqlama verib.

Planetinfo.az xəbər verir ki, futbolçu “Barselona” ilə bağlı yayılan iddialara münasibət bildirib. O qeyd edib ki, mətbuatda yazılanlara ciddi yanaşmamağa çalışır. Xulian Alvares sosial mediada yayılan məlumatların əksəriyyətinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür xəbərlər həqiqəti əks etdirmir. Argentinalı hücumçu əlavə edib ki, bu məsələlərə enerji sərf etməməyə çalışır. O, hazırda bütün diqqətini “Atletiko Madrid”dəki çıxışına yönəltdiyini bildirib.

Qeyd edək ki, Xulian Alvares son dönəmdə Avropanın aparıcı klublarının maraq dairəsindədir.

Xəbər lenti