“Arsenal” "Qalatasaray"ın futbolçusu Viktor Osimhen transferi üçün hərəkətə keçib.
Planetinfo.az xəbər verir ki, London klubu Osimheni əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Məlumata görə, “Arsenal” rəhbərliyi futbolçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb. Bildirilir ki, nigeriyalı hücumçunun mümkün transferi klub üçün çox baha başa gələ bilər və ümumi xərclər 200 milyon funt sterlinqə qədər yüksələ bilər.
Qeyd olunur ki, Osimhenin yüksək maaşı və transfer məbləği səbəbindən “Arsenal” bəzi futbolçularını satmalı ola bilər. Klub rəhbərliyi bu transferlə hücum xəttini gücləndirməyi planlaşdırır.
Viktor Osimhenin adı "Real Madrid" və "Barselona" ilə də hallanıb.