Ukraynanın “Şaxtyor” klubu ölkə çempionatında və Konfrans Liqasında ard-arda uğurlara imza atır.
Planetinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu Ukrayna klubu çempionatın sonuncu turunda qazandığı parlaq qələbə ilə hədəfə bir addım daha yaxınlaşıb.
“Şaxtyor” Ukrayna derbisində “Dinamo” Kiyevə səfər matçında qalib gələrək (2:1) növbəti dəfə azarkeşləri sevindirib.
Qeyd edək ki, çempionatın bitməsinə 4 tur qalmış lider “Şaxtyor”u ən yaxın izləyicisi “LNZ Çerkassı” komandasını 10 xal qabaqlayır.
“Şaxtyor”un Ukraynadakı uğurlu çıxışı futbol ictimaiyyətinin diqqətini yenidən Arda Turanın personasına yönəldib. Avropa nəhənglərinin türkiyəli mütəxəssisin xidmətlərində maraqlı olduğu bildirilir.