8-11 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun görüşləri oynanılıb. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
"Sabah" - NTD (121:76)
"Neftçi" - "Şəki" (82:60)
"Abşeron Lions" - "Gəncə" (98:93)
B qrupu
"Quba" - "Ordu" (111:116)
"Sərhədçi" - "Lənkəran" (69:72)
"Naxçıvan" - "Sumqayıt" (97:80)
Qeyd edək ki, 12 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə "Ordu" klubu maksimum nəticə ilə liderliyini davam etdirir. Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun oyunlarına 16 yanvarda start veriləcək.