13-14 yanvar basketbol üzrə Azərbaycan Kubokunda (2026) 1/8 final mərhələsinin oyunları baş tutub. İlk oyun günündə "Neftçi" klubu, "Lənkəran" üzərində 86:54 hesabı ilə, "Quba" klubu isə səfərdə "Naxçıvan"a 105:98 hesabı ilə qalib gəlib. İkinci oyun günündə "Şəki" doğma azarkeşlər önündə 92:75 hesabı ilə "Sərhədçi"dən güclü olub, "Sumqayıt" basketbolçuları isə səfərdə NTD-yə 116:94 hesabı ilə qalib gələrək sensasiyaya imza atıblar.
Qeyd edək ki, 1/4 final oyunları ("Sabah"-"Quba", "Abşeron Lions"-"Şəki", "Gəncə"-"Neftçi", "Ordu"-"Sumqayıt") 18-22 fevral tarixlərində Bakı İdman Sarayında keçiriləcək.