İstanbulun iki nəhəngi “Qalatasaray” və “Fənəbaxça” yenidən eyni futbolçu üçün hərəkətə keçib.
Planetibnfo.az xəbər verir ki, həm Türkiyə klubları, həm də bəzi Avropa komandaları Bernardo Silvanın xidmətində maraqlıdır. Bildirilir ki, futbolçunun “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Məlumata görə, bu da onun yeni kluba transfer ehtimalını artırır.
Avropa mətbuatının yazdığına görə, bir neçə klub maliyyə səbəbindən geri çəkilsə də, İstanbul nəhəngləri bu transfer üçün ciddi büdcə ayırıb.