Son günlər dünya bazarında neftin qiyməti əvvəlki günlərlə müqayisədə kəskin ucuzlaşıb. Bu vəziyyət həm bazar iştirakçılarında, həm də cəmiyyətdə maraq doğurub.Bəs, dünyada neftin birdən-birə bu qədər ucuzlaşmasının səbəbi nədir?
İqtisadçı ekspert Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, neftin çox təklif olunması və az tələb olunması qiymətlərin düşməsinə səbəb olur:
“Əsas səbəb dünyada neft hasilatının artmasıdır, yəni neftin təklifi çoxalıb. Digər səbəb isə dünya iqtisadiyyatının artım templərinin zəifləməsi gözləntisidir. Yəni iqtisadi artım zəifləyəndə neftə olan tələbat da azalır. İnsanlar düşünür ki, bu qədər neftə artıq ehtiyac yoxdur. Beləliklə, neftin təklifi çox, tələbi isə azdır. Bu halda, təbii ki, qiymət enir və böyük ehtimalla bu proses davam edəcək, əgər dünyada geosiyasi vəziyyətdə kəskin dəyişiklik baş verməsə.”
Ekspert qeyd edir ki, neftin ucuzlaşmasının əsas səbəbi təklifin artması və qlobal iqtisadi artımın zəifləməsi fonunda tələbin azalmasıdır.
Planetinfo.az