İranın qərbində yerləşən bütün hava limanlarının fəaliyyəti növbəti xəbərdarlığadək dayandırılıb.
Planeyinfo.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Tehrandakı Mehrabad və İmam Xomeyni beynəlxalq hava limanlarında da bütün uçuşlar ləğv edilib.
Məlumata görə, qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib. Bundan əvvəl İran mətbuatı ölkənin qərbində yerləşən Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını xəbər vermişdi.