"Azərbaycan çox inklüziv şəkildə COP keçirdi. Azərbaycanda keçirilən COP29-da müxtəlif sahələri əhatə edən nümayəndələr iştirak etdi".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan parlamenti də COP29 tədbirlərində yaxından iştirak etdi:
"Bu Azərbaycanın uğuru idi. Azərbaycan COP-un növbəti tədbirinin Türkiyədə keçirilməsi təşəbüsünü irəli sürdü ki, bu təşəbbüs də öz təsdiqini tapdı və verilən qərarda aydın şəkildə özünü göstərdi".
Millət vəkili deyib ki, Azərbaycan bundan sonra da COP-un işində fəal olacaq.
Anar