Gələn il Türkiyə NATO-ya, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) və Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşlərinə ev sahibliyi edəcək.
Planetinfo.az trthaber-ə istinadən bildirir ki, NATO Zirvə Görüşü iyul ayında Ankarada keçiriləcək. Bu kontekstdə COP31 Zirvə Görüşünün isə İstanbulda, əsas konfrans tədbirlərinin isə Antalyada keçirilməsi planlaşdırılır.
Bu beynəlxalq zirvə görüşləri Türkiyənin qlobal diplomatiyanı formalaşdıran ölkələr arasında mövqeyini gücləndirməsi üçün böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, NATO-nun sonuncu Dövlət və Hökumət Başçıları Zirvəsi iyun ayında Hollandiyanın Haaqa şəhərində keçirilib və üzv ölkələrin müdafiə qabiliyyətinin artırılması məqsədi müzakirə edilib.
Anar