"Prezident İlham Əliyevin Özbəkistan Respublikasına gözlənilən dövlət səfəri əlaqələrimizin gələcək inkişaf perspektivlərini və konturlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir".
Bu fikirləri
Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, rəsmi Bakı və Daşkənd keçən müddət ərzində kifayət qədər uğurlu tərəfdaşlıq mühiti formalaşdırmağı bacarıb:
"Münasibətlərimiz xalqlarımız arasında qardaşlıq bağlarını möhkəmləndirməklə bərabər, daha geniş spektrdə, Türk birliyinin güclənməsinə töhfə verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan koordinasiyalı əməkdaşlıq portfeli bunun bariz nümunəsidir.
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, hər iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığı məhz Orta Dəhlizin inkişafında mühüm rol oynayır. Azərbaycanın inkişaf etmiş nəqliyyat-kommunikasiya və liman infrastrukturu, paralel olaraq Özbəkistanın Mərkəzi Asiyada strateji mövqeyi dəhlizin potensialını artıran əsas faktorlardan biridir".
Anar