Rusiyada keçirilən sorğunun nəticələrinə görə, rusiyalıların prezident Vladimir Putinə inamı son bir həftədə 0,9 faiz bəndi artaraq 78,7%-ə çatıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu, VTsIOM analitik mərkəzinin sorğusunda əksini tapıb.
Sorğu iştirakçılarının 78,7%-i Putinə etimadları barədə suala müsbət cavab verib (0,9 faiz bəndi artıb), prezidentin fəaliyyətinin bəyənilməsi isə 0,1 faiz bəndi artaraq 75,4 faiz təşkil edib.
Respondentlərin 48,1%-i Rusiya hökumətinin fəaliyyətini, 49,5%-i isə baş nazir Mixail Mişustinin fəaliyyətini təqdir edir. Respondentlərin 59,1%-i Mişustinə güvəndiyini bildirib.
Anar