Siyasət
25-11-2025, 17:41
Bundan sonra gürcülər xarici ölkələrdə səs verə bilməyəcəklər
Gürcüstan parlamenti xaricdə yaşayan vətəndaşlarının parlament seçkilərində həmin ölkədə səs verməsini qadağan edən yeni Seçki Məcəlləsini birinci oxunuşda təsdiqləyib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
Qanun layihəsinin lehinə 76 deputat, əleyhinə isə 9 deputat səs verib. Yeni qanun layihəsinə əsasən, xaricdə yaşayan Gürcüstan vətəndaşları parlament seçkilərində yalnız vətənlərinə qayıdıb yaşadıqları yer üzrə səs verməklə iştirak edə biləcəklər.
Anar