Siyasət
28-11-2025, 14:40
Məqsəd Zelenskini hakimiyyətini laxlatmaqdır
"Ukrayna Antikorrupsiya Bürosu (NABU və SAPO) Ukrayna Prezidentinin ofisinin rəhbəri A.Yermakın evində axtarış aparıb. Qeyd edim ki, ABŞ nəzarətində olan Ukrayna siyasi rəhbərliyinə tabe olmayan Anti-korrupsiya Bürosu A. Yermakı hədəfə alması təsadüfi deyil. A. Yermak D. Trampın 28 maddəlik "sülh planına" qarşıdır. Üç tərəfli Cenevrə danışıqlarına A. Yermak rəhbərlik edir".
Planetinfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Yermak Ukraynada kifayət qədər güclü fiqurdu və prezident V. Zelenskinin yaxın müttəfiqidir:
"Onun hədəfə gətirilməsi, V. Zelenskinə ciddi təzyiqlər etmək və D. Trampın təkliflərini qəbul edilməsinə hesablanıb. Ukraynada korrupsiya var. Hazırda bu siyasi təzyiqə çevirmək və Rusiyanın planın qəbul etdirilməsinə hesablanıb. Baş vərənlər V. Zelenskinin siyasi hakimiyyətini laxlatmaq və istefaya göndərmək planı dayanır".
Anar