30 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və nümayəndə heyəti Quba rayonuna səfər ediblər. Səfər Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılışı çərçivəsində baş tutub.
İcmadan Planetinfo.az-a verilən məlumata görə qonaqları Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qarşılaylb. Qərbi Azərbaycan İcmasını İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi ilə deputatlar Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Əlibala Məhərrəmzadə, Müşviq Məmmədli, Şahin İsmayılov, Günay Ağamalı, İcmanın İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Hüquq Komissiyasının sədri Zahid Cəfərov, həmçinin Qərbi Azərbaycan İcmasının digər nümayəndələri, tanınmış elm xadimləri təmsil ediblər.
Tədbir öncəsi Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi ziyarət olunub. Abidə önünə gül dəstələri qoyulub.
Nəsimi