Sosial 2-12-2025, 09:54

ADAU əməkdaşı simpoziumda iştirak edib

ADAU əməkdaşı simpoziumda iştirak edib
Türkiyə Cümhuriyyətinin Tokat İl Milli Təhsil İdarəsi, Gaziosmanpaşa Universiteti və TOGÜ Peşə və Texniki Anadolu Liseyinin birgə təşkilatçılığı ilə “Türk Dünyası Gənclik Kənd Təsərrüfatı” Simpoziumu keçirilib.

ADAU-dan Planetinfo.az-a verilən məlumata görə, simpoziumun plenar iclasında ADAU-nun dosenti, ADAU–Ege Beynəlxalq İkili Diplom Proqramının rəhbəri Lamiyə Quliyeva “Gənclərin kənd təsərrüfatı sahəsində ixtisaslaşması üçün dövlətlərarası əməkdaşlıq və ortaq təhsil modelləri (ADAU və Ege Universiteti əməkdaşlığı kontekstində)” mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzə zamanı Lamiyə Quliyeva ADAU və Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının məqsədləri, əhəmiyyəti və əldə olunan nəticələri barədə ətraflı məlumat verib. O, həmçinin bu proqramın aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələri, dövlətlərarası elmi və akademik əməkdaşlığın əhəmiyyətini, gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını vurğulayıb.

Tədbir çərçivəsində ADAU ilə müxtəlif elmi-tədris qurumları arasında gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr də aparılıb.

Nəsimi

Xəbər lenti