Sosial 3-12-2025, 09:21

“Lökbatan” dairəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq var


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti