Qazaxıstanda 2032-ci ilə qədər elektrik enejisi tarifləri dəyişməyəcək.
Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bununla bağlı Energetika Nazirliyi əmr imzalayıb.
Qazaxıstan energetika nazirinin "Elektrik enerjisi üçün məhdud tariflərin təsdiq edilməsi haqqında" əmr layihəsi normativ-hüquqi sənədlər portalında yerləşdirilib.
Məlumata görə, Qazaxıstanda elektrik enerjisi üçün məhdud tariflər enerji istehsalçısı təşkilatlarının qrupları tərəfindən yeddi illik dövrlər üçün təsdiqlənir.
"2026-2032-ci illər üçün məhdud tariflər 2025-ci il səviyyəsində saxlanılacaq", - deyə sənəddə qeyd edilir.
Qeyd edək ki, yeni tariflər 1 yanvar 2026-cı ildən tətbiq olunacaq və 2032-ci ilin sonuna qədər qüvvədə olacaq.
Anar