Sosial 3-12-2025, 14:16

“Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib




Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib.

Planetinfo-ya təhsil ocağından bildiriib ki, açılış nitqi ilə çıxış edən Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova milli prioritetlərin sosial-siyasi kontekstdə aktuallığını vurğulayıb. Aybəniz Rüstəmova çıxışında qeyd edib ki, Azərbaycan 2030-cu ilə doğru irəliləyən dövrdə yeni çağırışlarla üz-üzədir və bu çağırışların adekvat qiymətləndirilməsi, sosial-siyasi idarəetmədə innovativ və çevik mexanizmlərin tətbiqi mühüm zərurətə çevrilib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə ölkənin sosial siyasətində yeni mərhələ ilə bağlı fikirlərini bölüşüb. O, son illər həyata keçirilən sosial islahatları qiymətləndirərək vurğulayıb ki, dövlət siyasətinin humanist və inklüziv xarakteri cəmiyyətin bütün təbəqələrinin rifahına yönəlib.
Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar elmi yanaşmaları dəyərləndirərək fikir mübadiləsi ediblər.

Anar

Xəbər lenti