Sosial 4-12-2025, 08:11

Siyəzəndə Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Siyəzəndə Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
03 dekabr 2025-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Siyəzən rayonu üzrə təhsil sektorunun, Siyəzən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və “Sosial Dayaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Təcrid olunma, inteqrasiya ol!” mövzusunda fiziki məhdudiyyətli yeniyetmə və gənclərlə görüş keçirilmişdir.

Tədbir 3 Dekabr – Beynəlxalq Əlillər Gününün qeyd olunması, fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədi daşımışdır.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruhiyyə Hacıyeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, fiziki məhdudiyyətli yeniyetmə və gənclər, müəllimlər və digər qonaqlar iştirak etmişdir.

Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmiş, uşaqların ifasında müxtəlif rəqslər, şeirlər və mahnılar təqdim olunmuşdur. Sonda fiziki imkanları məhdud uşaq və yeniyetmələr üçün çay süfrəsi təşkil edilmişdir.

Nəsimi

Xəbər lenti