Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 93 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.