Dekabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialı və M. Ə. Sabir adına şəhər kütləvi kitabxanası Korrupsiyaya qarşı mübarizə çərçivəsində "Dürüstlük -Güclü Cəmiyyətin əsası" adlı tədbir keçiriblər.
Planetinfo.az xəbər verir ki, tədbirdə iştirak edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə mövzu ilə bağlı çıxış edərək dürüst davranışın toplumun inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir.
Digər çıxışçılar qeyd ediblər ki, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması ölkəmizdə daim diqqət mərkəzindədir.
Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Anar