Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti qadınlara qarşı məişət zorakılığının qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İsveç Krallığına səfər edib.
Görüşlər zamanı İsveçin dövlət qurumları tərəfindən zorakılıqdan zərər çəkmiş qadınlara göstərilən sosial, psixoloji və hüquqi yardım xidmətləri, erkən müdaxilə modelləri və reabilitasiya prosesi barədə təqdimatlar edilib.
İki günlük səfərin məqsədi müvafiq sahədə İsveçin tətbiq etdiyi effektiv yanaşmalarla tanış olmaq, müdafiə və dəstək mexanizmlərinin təşkili üzrə təcrübəni öyrənmək, həmçinin qarşı tərəflə əməkdaşlıq imkanlarını müzakirə etmək olub.