Əlcəzair Xalq Demokratik Respublikasından ölkəmizə səfər etmiş bir qrup tarixçi alim AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. Konstantin Univeristetini təmsil edən alimlər həm binanın tarixi ilə, həm də İnstitutda qorunan əlyazmalarla yaxından tanış olublar.
AMEA-nın akademik Z.Bünyafov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev deyib ki, İnstitutda qorunan 40 min əlyazma əsərdən 12 mininin ərəbdilli əlyazma olduğunu qonaqların nəzərə çatdırlıb. Ərəbdilli əlyazma əsərlərin kataloqu ilə tanış olarkən, bu əlyazmalardan bir neçəsinin əslən əlcəzairli alimlərə aid olduğu müəyyən edilib.
Daha sonra, qonaqlara İnstitutun son illərdə nəşr edilmiş əsərləri haqqında məlumat verildi, o cümlədən gələcəkdə bir sıra istiqamətlər üzrə əlaqələrin qurulması, inkişaf etdirilməsi, təcrübələrin bölüşülməsi barəsində müzakirələr aparıldı.
Nəsimi