Türkiyənin mədəni diplomatiya sahəsində beynəlxalq fəal qurumu olan Yunus Əmrə İnstitutunun prezidenti, professor Əbdürrəhman Əliy “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” çərçivəsində 8 dekabr 2025-ci il tarixində Bakıda rəsmi görüşlər keçirəcək.
Səfər zamanı İnstitutun prezidentinin Bakıda həyata keçirilən layihələr haqqında məlumat alacağı, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı üçün yeni əməkdaşlıq imkanlarının müzakirəsi, birgə layihələrin genişləndirilməsi nəzərdə tutulur. Proqrama həmçinin universitetlərin, mədəniyyət müəssisələrinin və medianın nümayəndələri ilə görüşlər daxildir.
Bu səfərin Yunus Əmrə İnstitutunun Azərbaycandakı fəaliyyətinin gücləndirilməsinə və iki qardaş ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Media görüşü dekabrın 8-i saat 16:30-da Yunus Əmrə İnstitutunun Bakı şəhərində (Reşid Behbudov 142) keçiriləcək.
Nəsimi