Sosial 8-12-2025, 15:38

ADY bayramda rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək

ADY bayramda rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək
ADY Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

Belə ki:
- 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı
- 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı
- 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı
- 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Biletləri saytımızdan, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.


Xəbər lenti