Sosial 8-12-2025, 17:33

Uşaq və gənclər idman məktəblərində çalışan məşqçi və müəllimlərin maaşları 30% artacaq




Gələn ildən etibarən Qazaxıstanda uşaq və gənclər idman məktəblərində çalışan məşqçi və müəllimlərin maaşları 30% artacaq.

Planetinfo.az Akorda-ya istinadən bildirir ki, bu, "2026-2028-ci illər üçün respublika büdcəsi haqqında" Qazaxıstan Respublikasının Qanunun"da əksini tapıb.

Sənədə əsasən 2026-cı ildə minimum əmək haqqı isə dəyişməz qalacaq və artım nəzərdə tutulmur. Pensiya ödənişinin minimum məbləği isə 32 min tenqeden 35 min tenqeye qeder artacaq.

Anar

Xəbər lenti