Cəzaçəkmə müəssisəsində təhlükəsizlik rejiminin qorunması əməkdaşın gündəlik fəaliyyətinin ən mühüm hissəsidir.
Planetinfo.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, rejim tələblərinin pozulmaması üçün obyektin fiziki təhlükəsizliyi, kamera və bölmələrin mütəmadi yoxlanılması, məhkumların hərəkət trayektoriyasının nəzarətdə saxlanılması, qadağan olunmuş əşyaların qarşısının alınması, daxili intizamın təmin edilməsi, əməliyyat məlumatlarının toplanması və riskli şəxslərlə bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilməlidir:
"Bu, yalnız fiziki nəzarət deyil, eyni zamanda operativ müşahidə, situativ təhlil, davranış dinamikasının izlənməsi və məlumatların vaxtında ötürülməsini tələb edən mürəkkəb prosesdir. Əməkdaş obyektiv qərar verməli, təhlükəni vaxtında hiss etməli, münaqişələrin qarşısını almağı bacarmalıdır".
Anar