Gündəm 17-04-2026, 13:20

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA



“Dərnəgül dayanacağının istifadəyə verilməsiylə bağlı işlər artıq yekunlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında qeyd edib.

O bildirib ki, stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir.

Sədr Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların fəaliyyətinin nə vaxt bərpa olunacağıyla bağlı suala da cavab verib:

"Bu istiqamətdə qatarlarının fəaliyyəti ilə bağlı təmir işləri aparılır. Bu işlərin də qısa müddətdə bitməsi gözlənilir".

Xəbər lenti