“Rusiya prezidenti Vladimir Putinin növbəti dəfə Ağ Ev rəhbəri Donald Trampın Volodimir Zelenski ilə görüşüdən əvvəl, onunla telefonda danışması, bu prosesi pozmağa hesablanıb. Ukrayna prezidenti V. Zelenski D. Trampla danışıqlar aparmaq üçün Floridadır. V. Zelenskinin D. Trampla görüşdən əvvəl, V. Putin D. Trampla bir saat ərzində telefonda danışıb. Bu telefon danışığı planlı olaraq D. Trampa yeni vədlər verərək, V.Zelenski ilə hər hansı bir razılaşmanı qabaqcadan pozmaqdan ibarətdir”.
Planetinfo.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya prezidenti kifayət qədər D. Trampın siyasi qərarlarına təsir edə bilir%
“Ona D. Trampın xüsusi nümayəndəsi V. Uitkof da kömək edir.
Görünür, bu danışıqlar da nəticəsiz olacaq. Çünki, D. Tramp yenidən V. Putinlə yaxşı söhbət etdiyini qeyd etdi. Digər tərəfdən V. Putin Kiyevə ballistik raketlərlə zərbələr endirir. Ukrayna ilə danışıqların taleyi D. Trampın kürəkəni ticarətçi yəhudi C. Kuşner və Rusiyanın lobbiçiliyini edən V. Uitkofdan asılı olacaqsa, Moskvanın mövqeyi güclənəcək”.
Politoloq qeyd edib ki, danışıqlar prosesindən dövlət katibi Robio uzaqlaşdırılıb:
“Çünki, onun mövqeyi Ukraynanın müdafiəsinə hesablanıb. Pentaqon da bu danışıqlar da iştirak etmir.
Siyasətə aidiyyəti olmayan, öz biznes maraqlarına xidmət edən üç nəfər Moskva ilə danışır. V. Putinə də bu üçlük sərf edir”.
Anar