Gündəm / Dünya Bugün, 21:19

Olimpiya çempionuna dopinqə görə bu cəza verildi



Almaniya Milli Antidopinq Agentliyinin (NADA Germany) məlumatına görə, 2022-ci il Olimpiya oyunlarının çempionu, alman xizəkçi Viktoriya Karl dopinq pozuntusuna görə Almaniya İdman Arbitraj Məhkəməsi (DIS) tərəfindən 18 ay müddətinə diskvalifikasiya edilib.

Planetinfo.az xəbər verir ki, alman xizəkçinin müvəqqəti diskvalifikasiya müddəti də daxil olmaqla, qadağası 25 noyabr 2026-cı ildə başa çatacaq. Onun 26 mart – 26 may 2025-ci il tarixləri arasında qeydə alınan bütün nəticələri ləğv edilib. Karl qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək hüququna malikdir.

Xatırladaq ki, 2025-ci ilin mart ayında Qış Hərbi Dünya Oyunlarında Karlın dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısında olan klenbuterol aşkar edilmişdi.

Xəbər lenti