Gündəm / Siyasət / Dünya Bugün, 19:20

Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi



Avstraliya ordusunun ən seçmə bölmələrindən olan Xüsusi Aviadesant Xidmətinin (SAS) 90 nəfərlik heyəti təcili olaraq Yaxın Şərqə transfer edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.

Bildirilir ki, avstraliyalı xüsusi təyinatlılar Dubay yaxınlığındakı "Əl-Minhad" aviabazasında yerləşdiriləcək.

Bu addım regionda vəziyyətin kəskinləşməsi ehtimalına qarşı atılıb.

Nəşrin mənbələri qeyd edir ki, bu bölmə ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Xüsusi təyinatlıların əsas missiyası gərginlik pik həddə çatacağı təqdirdə diplomatların və mülki şəxslərin regiondan təcili təxliyəsini təmin etmək olacaq.

Ekspertlər hesab edir ki, Avstraliyanın bu addımı Yaxın Şərqdə böyük müharibə riskinin artdığının növbəti göstəricisidir.

Xəbər lenti