Dünya Bugün, 18:00

İran qədim institutun vurulduğuna görə ABŞ-ni günahlandırdı


İranın ən qədim tibb mərkəzlərindən olan Pasteur İnstitutuna dəyən ziyan ABŞ-nin hücumları ilə əlaqələndirilir.

Planetinfo.az xəbər verir ki, bu barədə "Al-Monitor" məlumat yayıb.

ABŞ hərbi rəsmilərinin verdiyi açıqlamada bu iddianı rədd edib:

"Bizim orada və ya həmin ərazidə heç bir hədəfimiz yoxdur".

Qeyd edək ki, bundan əvvəl İran hökuməti hava zərbələri nəticəsində Pasteur İnstitutuna ziyan dəydiyini açıqlamışdı.

Xəbər lenti