V. Putin növbəti dəfə D. Trampın V. Zelenski ilə görüşüdən əvvəl, onunla telefonda danışması, bu prosesi pozmağa hesablanmışdı. V. Zelenskinin D. Trampla görüşdən əvvəl, V. Putin D. Trampla bir saat ərzində telefonla anışıb. Bu telefon danışığı planlı olaraq D. Trampa yeni vədlər verərək, V.Zelenski ilə Hər hansı bir razılaşmanı qabaqcadan pozmaqdan ibarətdir. Çünki, oktyabr ayında V. Zelenski ABŞ səfərində D. Trampın xüsusi nümayəndəsi V. Uitkof V. Putinə D. Trampa V. Zelenski çatmamışdan əvvəl zəng etməyi məsləhət görmüşdü. Məhz V. Putin bu zənglə V. Zelenskinin D. Trampla danışıqları nəticəsiz bitmişdi. Hazırda eyni analoji proses baş verdi. Rusiya prezidenti kifayət qədər D. Trampın siyasi qərarlarına təsir edə bilir. Ona D. Trampın xüsusi nümayəndəsi V. Uitkof da kömək edir.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib
O, qeyd edib ki, bu danışıqlar da nəticəsiz oldu. Çünki, D. Tramp yenidən V. Putinlə yaxşı söhbət etdiyini qeyd etdi. Digər tərəfdən V. Putin bir tərəfdən Kiyevə ballistik raketlərlə zərbələr endirir.
"Ukrayna ilə danışıqların taleyi D. Trampın kürəkəni ticarətçi yəhudi C. Kuşner və Rusiyanın lobbiçiliyini edən V. Uitkofdan asılı olacaqsa, Moskvanın mövqeyi güclənəcək.
Qeyd edim ki, danışıqlar prosesindən Dövlət katibi Robio uzaqlaşdırılıb. Çünki, onun mövqeyi Ukraynanın müdafiəsinə hesablanıb. Pentaqon da bu danışıqlar da iştirak etmir. Siyasətə aidiyyəti olmayan, öz biznes maraqlarına xidmət edən üç nəfər Moskva ilə danışır. V. Putinə də bu üçlük sərf edir.
Ukraynanı bu ticari sövdələşmələrdən azad edəcək Böyük Britaniya və Avropa İttifaqı olacaq".
Nəsimi