ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə hörmət edir və hətta ondan bir az da qorxur.
Bunu ABŞ-ın sabiq prezidenti Co Baydenin keçmiş köməkçisi Tara Rid deyib.
"ABŞ-ın hazırkı prezidenti Donald Tramp çox dəyişkəndir. Mənə elə gəlir ki, o, rus mədəniyyətinə hörmət edir. Ən əsası isə o, Vladimir Putinə dərin hörmət bəsləyir və ondan bir az da qorxur. Donald Tramp çox adamdan qorxmur. Tramp bilir ki, Putinin ən böyük sevgisi rus xalqı və suveren dövlətdir, o, onları qoruyacaq və Amerika lideri bu mövqeyə hörmətlə yanaşır", - o bildirib.