Dünya 5-01-2026, 11:28

"Xalqı ilə hesablaşmayan liderlərin aqibəti rüsvayçı olur"

"Xalqı ilə hesablaşmayan liderlərin  aqibəti rüsvayçı olur"

ABŞ prezidenti D.Trampın Venesuelaya hərbi müdaxilə və prezident N.Maduranı həbs edilməsi ilk və sonuncu hadisə deyil. Bu, beynəlxalq hüququ pozsa da, onun beynəlxalq legitimliyi yoxdur. Ümumiyyətlə, N. Madura avtoritar sistem qurmuşdu. Venesuelanin neftlə zəngin sərvətlərindən ölkəni deyil, yalnız özünün şəxsi məqsədləri üçün istifadə etdi.

Bunu Planetinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, baş verənlər N.Maduranın anti -xalq siyasətinin nəticəsidir. Avtoritar sistem quranlar qorxaq və aciz olurlar: "Fikir versək, müasir tarixdə avtoritar liderlərin aqibətləri acınacaqlı olur. İraq keçmiş lideri Səddam Hüseyn özünü güllələyib öldürə bilərdi. Amma, buna cəsarəti çatmadı. Rüsvayçı şəkildə asdılar. Liviya lideri M.Qəddafi alçaldıcı şəkildə öldürüldü. Venesuelanin avtoritar lideri Nikola Madura cəsarət tapıb, döyüşmədi; rüsvayçı şəkildə yataq otağında təslim oldu. Xalqı ilə hesablaşmayan liderlərin aqibəti rüsvayçı olur".

Nəsimi

Xəbər lenti