Dünya 5-01-2026, 10:59

"Hakim komanda Maduronu qurban verib özünü qorudu"

"Hakim komanda Maduronu qurban verib özünü qorudu"
ABŞ istədiyi hər ölkədə bu şəkildə əməliyyat həyata keçirə bilər ? Qətiyyət yox. Məsələn, ABŞ İranda bu əməliyyatı həyata keçirə bilməz. Heç Şimali Koreyada da bunu edə bilməz.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib.

"Məsələ budur ki, ABŞ-ın bu ölkələrdə sosial dəstəyi yoxdur. Məsələn, ABŞ uzun illər Kubada Fidel Kastronu devirmək üçün nələr etdi. Amma bacarmadı. Hələ də Kubada sosialist rejimi devirə bilməyib. Çünki xalq Kastronu dəstəkləyirdi. Məsələn, İranda ABŞ-ın təsiri zəifdir. İndiki rejimə qarşı olan müxaliflər belə ABŞ-yə çox da isti baxmırlar. Venesuelada Maduro artıq bitmişdi. Bunu hər kəs bilirdi. Müxalifətin də ABŞ ilə əla münasibəti var idi. Ümumiyyətcə, bir lider legitimliyini itirirsə onun hakimiyyətdə dirəşməsi özü problemdir. Bir də hakim elitanın parçalanması məsələsi var. Venesuelada bu parçalanma var idi. Çevrilişdən sonra baş verənlər onu göstərir ki, hakim komanda Maduronu qurban verib özünü qorudu. Sizcə Krımı tez bir zamanda işğal edən Rusiya niyə Kiyevə girib Zelinskini bu şəkildə həbs edə bilmir?

Çünki Kiyevdə Rusiya özünə dəstək tapa bilmir. Krımda agentura şəbəkəsi vasitəsi ilə bu dəstəyi təmin edə bilmişdi. Bu baxımdan ABŞ və ya Rusiyanın hansısa ölkəyə girib o ölkənin liderini bu şəkildə həbs etməsi boş söhbətdir. Birincisi lider legitimliyini itirməlidir, həmdə həmdə böyük ölkənin hədəf ölkədə güclü sosial dəstəyi olmalıdır" - politoloq deyib.

Nəsimi

Xəbər lenti