"ABŞ-ın Venesuelada törətdiyi hadisə əslində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi".
Bunu
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, ABŞ qanunvericiliyində belə bir ölkənin dövlət rəhbərini nə qədər də onların fikirlərinə görə kriminal insan olmasına baxmayaraq oğurlanması və ABŞ-a gətirilərək məhkəmə edilməsi kimi qanuni president yoxdur:
"Məncə, ABŞ qanunvericiliyində bunun tətbiq edilməsinə uyğun hüquqi müddəa yoxdur. Bu hərəkətin özü əslində hüquqi president yaradır və buna görə ABŞ cavab verməlidir".
Azər Qasımov hesab edir ki, bu baxımdan ABŞ-ın Kuba və digər adı çəkilən ölkələrə də eyni addımı atmaq istəyi mümkün olmayacaq:
"Venesuelada da ABŞ-ın sonrakı dövrdə uğur qazanacağı da şübhə altında olacaq. Hakimiyyəti dəstəkləyən milyonlarla insanın fikrini nəzərə almamaq stabil ölkə yaratmaq istəyinə zidd olacaq ki, hadisələr də ona doğru gedir. Maduro tərəfdarlarının artıq əks hərəkata keçdiyi bildirilir. Hesab edirəm ki, ABŞ hələlik Kuba və ya hansısa ölkəyə eyni addımı atmayacaq, nisbətən gözləmə mövqeyi seçəcək".
Anar