Dünya 7-01-2026, 14:10

ABŞ-ın siyasəti dəyişməyəcək



“ABŞ-ın siyasəti dəyişməyəcək və davam edəcək. Amma, böyük ehtimal ABŞ bir müddət heç bir ölkəyə birbaşa müdaxilə etməyəcək”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi Venesueladan sonra ABŞ-ın növbəti hədəfinin Kuba olacağı barədə ehtimalları şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ daha çox ehtiyyatlı davranmağa üstünlük verəcək:

“Lakin, siyasi mexanizmlər üzərindən müdaxilələrin davam etdiriləcək ehtimalı istisna deyil. Belə olan təqdirdə ABŞ geri addım atmır, əksinə daha effektiv nəticələr əldə olunması üçün, ehtiyyatlı olmaq məcburiyyətindədir, Çevik olaraq siyasətində yön dəyişməyə üstünlük verir, düşüncəsindəyəm. ABŞ-ın harasa birbaşa olaraq hərbi müdaxilə ehtimalı aşağıdır və BMT Təhlükəsizlik Şurasının toplantısından alınan qərarların, ABŞ üçün heç bir məna kəsb etmədiyi qənaətindəyəm. Çünki, BMT müzakirələri daha çox diplomatik təzyiq aləti kimi istifadə olunub və ABŞ üçün belə müzakirələr heç bir halda təsir mexanizmi olaraq effektiv hesab edilə bilməz”.

Ekspert deyib ki, ABŞ qlobal güclərin rəqabət qabiliyyətinə görə dünyada baş verən hadisələr fonunda yürüdülən siyasətin əsas determinantı olaraq qəbul edilir. Bu səbəbdən böyük ehtimalla Çin və Rusiyanın Venesuela məsələsində BMT-də ABŞ əleyhinə kəskin mövqe sərgiləmək kimi səylərinin olmadığını, onların hadisələrlə bağlı öncə verdikləri bəyanatların elementlərində hiss olunmuşdu və bu səbəbdən BMT müzakirələrinin kəskin keçəcəyi gözlənilmir”.

Anar

Xəbər lenti