Dünya 8-01-2026, 07:44

Azərbaycanlı Moldovadan atəşfəşanlıq insidentinə görə deportasiya edilib

Azərbaycanlı Moldovadan atəşfəşanlıq insidentinə görə deportasiya edilib
Moldovanın miqrasiya xidməti 25 yaşlı Azərbaycan vətəndaşını ölkə ərazisindən çıxarıb. Ona Moldovaya 5 il müddətinə giriş qadağası qoyulub.

Moldova KİV-lərinin məlumatına görə, Yeni il gecəsi Kişinyovda, Böyük Milli Yığıncaq Meydanında keçirilən mədəni tədbir zamanı Azərbaycan vətəndaşı izdihama tərəf fişənglər atıb və insanların həyatını təhlükə altına salıb.
Moldova polisi qayda pozanın şəxsiyyətini müəyyən edərək onu saxlayıb.

Nəsimi

Xəbər lenti