"İrandaxili proseslərin mahiyyəti ondan ibarətdir ki, kənar qüvvələr həmişə bu ölkədə iğtişaşlar olanda mütləq İranın
parçalanacağı ehtimalını qabardır. Bu da İranın xüsusi quruluşundan irəli gəlir. Sanki hesab edilir ki, İran adlanan ərazidəki dövlət süni şəkildə yaradılmış bir dövlətdir və bu, gec-tez dağılacaq".
Bu fikirləri
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov İranda bir neçə gündür davam edən etiraz aksiyalarını şərh edərkən deyib. O bildirib ki, bunda həqiqət payının olmasını rejimin öz idarəçiləri də etiraf edirlər:
"Məsələn, azərbaycanlıların varlığını buna ən böyük təhdid hesab edir Bu baxımdan da iğtişaşların nəticəsi kimi İranın parçalanması ehtimalı həmişə olub. Amma beynəlxalq güclərin, daha doğrusu İranı yaradan güclərin bu məsələdə nə planlaşdırdığı daha önəmlidir. İranın indiki rejimi 1979-cu ildə ABŞ tərəfindən hakimiyyətə gətirilib. Bundan sonra çox hadisələr baş verib. Rejimlə ABŞ və İsrail arasında müxtəlif formada qarşıdurma görüntüləri olub. Amma həmişə bu ölkələr bir-birilərindən qidalanıb. Bu baxımdan da, hesab edirəm ki, İran rejiminin dəyişməsindən danışmaq hələ tezdir".
Anar