Dünya 8-01-2026, 12:32

İran sərt kəmərsıxma dönəminə qədəm qoyur



"Uzun müddətdir İran iqtisadiyyatında müşahidə edilən gərginlik özünün ən pik həddinə çatıb. Hiperinflyasiya müəssisələrin istehsalı dayandırmasına, mağazaların bağlanmasına və bəzi məlumatlara görə, gündəlik tələbat mallarının belə rəflərdən yoxa çıxmasına səbəb olub. Baş verənlər isə artıq daxildə ictimai-siyasi xaosa yol açır".

Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. O bildirib ki, dekabrın sonlarından başlanan etirazlar artıq domino effekti ilə öz coğrafiyasını genişləndirməkdədir. İqtisadi tələblər isə artıq küçədə siyasi tələblərə çevrilir:

"Son hadisələri daha öncə baş verən eyni xarakterli proseslərdən fərqləndirən əsas səbəb daha geniş təbəqələrin aksiyalara qatılmasıdır. Bazarlarda ticarətçilər, universitetlərdə tələbələr, hətta son məlumatlara görə, təqaüdçülər də etirazlara dəstək verirlər. Bu günlərdə qəbul edilən dövlət büdcəsi onu göstərir ki, ölkə sərt kəmərsıxma dönəminə qədəm qoyur".

Anar

Xəbər lenti