Dünya 9-01-2026, 14:15

Xameneyi Trampı İranın işlərindən uzaq durmağa çağırdı



İranın Ali Lideri Ayətullah Əli Xameneyi ABŞ Prezidenti Donald Trampı İranın işlərindən uzaq durmağa və ABŞ-ın daxili işlərinə diqqət yetirməyə çağırıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu dini lider etirazlar fonunda keçirdiyi görüşdə deyib.

"Dünən gecə Tehranda bir qrup vandal ABŞ prezidentini razı salmaq üçün bir binanı dağıtdı. Əgər o, buna qadirdirsə, qoy öz ölkəsini idarə etməyə diqqət yetirsin", - deyə Xameneyi Tehranda əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə deyib.

O, Trampın İran rəhbərliyinə qarşı təhdidlərini misal gətirərək bildirib ki, ölkəsi istənilən təhdidə cavab verməyə hazırdır.

Anar

Xəbər lenti